Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək. Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq.
Baş nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.