Son gün ərzində Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazirin sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 163 nəfərə çatıb.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 502 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 261 194-ə yüksəlib.
Nazir onu da vurğulayıb ki,ötən gün koronavirusdan 887 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 238 795 nəfər təşkil edir.