Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya ölkəsində “dinc inqilab”ın başladığını elan edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, S.Tixanovskaya bu barədə Avropa Parlamentində onlayn çıxışı zamanı məlumat verib.
“Biz artıq müxalifət deyilik. Biz artıq çoxluğuq. Hazırda ölkədə dinc inqilab baş verir”, - deyə Svetlana Tixanovskaya vurğulayıb.
Onun sözlərinə görə, bu inqilab təbiətən geosiyasi deyil: “O, nə Rusiyameyilli, nə anti-Rusiya, nə Avropameyilli, nə də anti-Avropadır. Bu, demokratik inqilabdır. Bu, liderlərini azad şəkildə seçmək istəyən və öz taleyinə qərar vermək istəyən xalqın mübarizəsidir”.