Türkiyədə son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca özünün “Twitter” səhifəsində məlumat paylaşıb.
Nazir bildirib ki, son 24 saatda 95 943 şübhəli koronavirus testindən keçib, onlardan 1443-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 796 nəfər olub, 743 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 259 692 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 237 908 nəfər sağalıb, 6139 nəfər isə ölüb.