logo

Dünyada koronavirusdan ölənlərin sayı 800 min nəfəri ötüb

11:44 22-08-2020 | icon 2534
Dünyada koronavirusdan ölənlərin sayı 800 min nəfəri ötüb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 800 min nəfəri ötüb.

YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, avqustun 21-də dünyada 258 min 252 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 62 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 23 milyon 125 min 236 yoluxma və 803 min 245 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 15 milyon 716 min 386 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 605 min 598 xəstədən 61 min 716 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 796 min 727 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı, ikinci yeri Braziliya tutur - 3 milyon 536 min 488 nəfər. Hindistanda 2 milyon 979 min 562 nəfər, Rusiyada 946 min 976 nəfər, Cənubi Afrika Respublikasında 603 min 338 nəfər, Peruda isə 576 min 67 nəfər COVID-19 xəstəliyinə yoluxub.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 179 min 200 nəfər. İlk beşliyə daxil olan Braziliyada 113 min 454, Meksikada 59 min 610, Hindistanda 55 min 950, Birləşmiş Krallıqda isə 41 min 405 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.