logo

Hindistanda yeni antirekord:1 gündə 70 min nəfər koronavirusa yoluxdu

10:05 22-08-2020 | icon 2604
Hindistanda yeni antirekord:1 gündə 70 min nəfər koronavirusa yoluxdu

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 69 min 878 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 2 milyon 975 min 701 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Hindistanın Federal Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 945 ölüm baş verib. İndiyədək Hindistanda 55 min 794 nəfər bu virus səbəbindən ölüb. Virusa yoluxanların 74 faizinin sağaldığı bildirilir. Gündəlik test sayı isə bir milyondan çoxdur.

Ötən gün dünyada gündəlik ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.