Yeni növ koronavirus əleyhinə vaksinin yaradılması pandemiyanın dərhal başa çatmasına gətirib çıxarmayacaq.
YeniAvropa Rusiyanın “TASS” agentliyinə istinadla xəbər verir ki, bu fikri bu gün Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus səsləndirib.
Onun sözlərinə görə, vaksin həyati önəmli bir vasitəyə çevriləcək: " Və biz ümid edirik ki, vaskinimiz mümkün olduğu qədər tez bir zamanda hazır olacaq”.
ÜST-nin baş direktoru daha sonra belə peyvəndin meydana çıxacağına “zəmanət yoxdur” fikrini də səsləndirib. “Lakin biz vaksini əldə etsək belə, bu, özlüyündə pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq", - deyə baş direktor vurğulayıb.