İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma davam edir. Son sutkada İranda virusa 2 min 206 nəfər yoluxub, 112 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib.
Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 354 min 764 nəfərə, ölənlərin sayı isə 20 min 376-ya çatıb.
Müalicə alan 305 min 886 nəfər sağalıb, 3 min 794 nəfərin vəziyyəti isə ağır olaraq qalır.