Türkiyədə son sutka ərzində daha 1 412 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər isə dünyasını dəyişib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə virusa yoluxanların sayı 254 520-yə, ölənlərin sayı isə 6 058-ə yüksəlib.
Son sutka ərzində 882 xəstə sağalıb.
İndiyədək koronavirusdan sağalanların sayı isə 234 797 nəfər təşkil edir.