İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma davam edir. Son sutkada İranda virusa 2 min 279 nəfər yoluxub, 139 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 352 min 558 nəfərə, ölənlərin sayı isə 20 min 264-ə çatıb. Müalicə alan 304 min 236 nəfər sağalıb, 3 min 869 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
İranın 12 vilayəti hələ də qırmızı zonaya daxildir.