Artıq 1 həftədir ki, İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilir. Son sutkada İranda virusa 2 min 444 nəfər yoluxub, 153 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 350 min 279 nəfərə, ölənlərin sayı isə 20 min 125-ə çatıb. Müalicə alan 302 min 528 nəfər sağalıb, 3 min 868 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
İranın 12 vilayəti hələ də qırmızı zonaya daxildir.
Məhərrəmlik ayı ilə əlaqədar olaraq məscidlərə məhdud sayda adamlar buraxılır və onlara tibbi maska verilir. Məscidlərdə sosial məsafənin gözlənilməsinə nəzarət edilir.