logo

Türkiyədə “Qara cəhənnəm” antiterror əməliyyatı başlanılıb

13:53 19-08-2020 | icon 3080
Türkiyədə “Qara cəhənnəm” antiterror əməliyyatı başlanılıb

Türkiyənin Bingöl vilayətində “İldırım-6. Qara cəhənnəm” adı altında növbəti antiterror əməliyyatının həyata keçirilməsinə başlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əməliyyata 747 nəfərlik şəxsi heyət və zirehli texnika cəlb olunub. Bildirilir ki, bundan əvvəl “İldırım” adı ilə təşkil olunan 5 antiterror əməliyyatında ümumilikdə 22 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində terrorçulara məxsus 31 mağara, sığınacaq və silah-sursat anbarı məhv edilib.

Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Türkiyə qırıcılarının İraqın şimalındakı Zap bölgəsində yerləşən terror düşərgələrinə endirdiyi dəqiq aviazərbələr nəticəsində iki PKK terrorçusu zərərsizləşdirilib.