“Mən sizi saxtalaşdırılmış seçki nəticələrini tanımamağa çağırıram”.
YeniAvropa xəbər verir ki, bu fikirlər Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya “Youtube”da yayımlanan videomüraciətində yer alıb.
“Ölkəmdə hakimiyyətin dinc yolla ötürülməsinə imkan yaratmaq üçün hakimiyyətin dialoq yolu ilə ötürülməsi prosesinə başçılıq edən Belarus Milli Koordinasiya Şurasının yaradılmasına təşəbbüs etmişəm”, - o əlavə edib.
Onun sözlərinə görə, Şura beynəlxalq müşahidə altında yeni ədalətli və demokratik prezident seçkilərinin keçirilməsinə təşəbbüs edəcək.