İranda koronavirusa yoluxanların və ölənlərin sayında azalma müşahidə edilir. Son sutkada İranda virusa 2 min 385 nəfər yoluxub, 168 nəfər ölüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 347 min 835 nəfərə, ölənlərin sayı isə 19 min 972-ə çatıb. Müalicə alan 300 min 881 nəfər sağalıb, 3 min 882 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
İranın 12 vilayəti hələ də qırmızı zonaya daxildir.