logo

Lukaşenko yeni seçkilərin anonsunu verdi

21:58 17-08-2020 | icon 3780
Lukaşenko yeni seçkilərin anonsunu verdi

Belarus prezidenti Aleksandr Lukaşenko yeni prezident seçkilərinin keçiriləcəyini vəd edib.

 YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, prezident seçkiləri yeni Konstitusiyanın qəbulundan sonra keçiriləcək.

“Belarusda yeni prezident seçkiləri referendumda yeni Konstitusiya qəbul edildikdən sonra baş tuta bilər. Belə olacaq. Yeni Konstitusiyanı qəbul etməliyik. Hətta alternativ insanlar da buna qarşı deyillər. Bundan sonra, istəsəniz parlament, prezident, yerli hakimiyyət orqanlarına seçkilər keçirə bilərik",-deyə  Aleksandr Lukaşenko vurğulayıb.