logo

Azərbaycanada məhbus intihar etdi

18:49 16-08-2020 | icon 8148
Azərbaycanada məhbus intihar etdi

Hacıqabul polis şöbəsində ölüm faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.

Ehtimallara görə adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.