logo

Şabranda “Mercedes” ağaca çırpıldı, iki nəfər öldü

10:32 16-08-2020 | icon 4963
Şabranda “Mercedes” ağaca çırpıldı, iki nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Şabran rayonunun Aygünlü kəndində “Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan iki nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza nəticəsində həlak olanların şəxsiyyətləri dəqiqləşdirilir.