logo

Hulusi Akari Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

11:46 13-08-2020 | icon 2793
Hulusi Akari Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Avqustun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növlərinin komandanları avqustun 13-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub və gül dəstələri düzüblər.