İlham Əliyev Vladimir Putinə zəng etdi
Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
O, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.
Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib