Son 24 saat ərzində İranda daha 2 020 nəfərin virusa yoluxduğu aşkar edilib, 163 nəfər həyatını itirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 326 min 712 nəfərə, ölənlərin sayı isə 18 min 427-yə çatıb.
İndiyədək müalicə alan 284 min 371 nəfər sağalıb.
Hazırda 4 mindən çox pasiyentin vəziyyətinin ağır və ya orta-ağır olduğu qeyd edilib.