logo

"Azercell"in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

11:30 06-08-2020 | icon 3563
"Azercell"in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən  “Azercell Telekom” MMC, # Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verib.

YeniAvropa xəbər verir ki, bu dəfə lider mobil operator müştərilərinə 4G WiFi modemini təqdim edir.

Yeni modem eyni zamanda 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir.

Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır.

Kampaniya çərçivəsində abunəçilər 4G WiFi cihazı ilə yanaşı 1 ədəd DATA tarifində olan Fakturasız xətt nömrəyə və 1 aylıq 50 GB həcmində internetədə sahib olur . Yeni 4G WiFi cihazların ıcəmi 129 AZN ödəyərək "Azercell"in bütün Diler Ofislərindən əldə etmək mümkündür.

Qeyd edək ki, kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.  
Ətraflı məlumat üçün:  https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/wifi_modem_50gb/səhifəsinə daxil olun.