Türkiyədə Van gölündə batan qayıqdakı cəsədlərin çıxarılması işləri davam etdirilir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, indiyədək çıxarılan cəsədlərin sayı 25-a çatıb. Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilir.
Qeyd edək ki, Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc ekipajı sualtı axtarış cihaz sistemindən istifadə etməklə qayığın 107 metr dərinlikdə olduğunu müəyyən edib. Axtarışlar bu heyət tərəfindən həyata keçirilir. Baş verən ağır faciə ilə əlaqədar cinayət işi açılıb. Qanunsuz miqrasiyada şübhəli bilinən iki nəfərin saxlanıldığı bildirilir.