logo

İlham Əliyev "AZAL"ın prezidentinə “Şərəf” ordeni verdi

10:47 11-07-2020 | icon 2520
İlham Əliyev "AZAL"ın prezidentinə “Şərəf” ordeni verdi

Prezident İlham Əliyev iyulun 11-də Cahangir Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:"Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, bu gün Cahangir Əsgərovun 70 yaşı tamam olub. 

Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda  anadan olub. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib. 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində çalışıb.

1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin(AZAL) baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.