Son 24 saat ərzində İranda koronavirusdan 153 nəfər vəfat edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, sutka ərzində İranda 2691 nəfər virusa yoluxub. Bununla da İranda virusa yoluxanların sayı 248 min 379 nəfərə, ölənlərin sayı isə 12 min 84-ə çatıb. Eni zamanda,
209 min 463 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb. İntensiv terapiyada müalicəsini davam etdirən 3309 nəfərin vəziyyəti isə ağır olaraq qalır.