İranda koronavirusa yoluxaraq ölənlərin sayı azalmır.
YeniAvropa-ya verilən məlumatda qeyd olunur ki,bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, son sutka ərzində 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər isə ölüb.
Bununla da İranda virusa yoluxanların ümumi sayı 237 min 878 nəfərə, ölənlərin sayı isə 11 min 408-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 198 min 949 nəfər sağalaraq evə buraxılıb. Müalicə alan xəstələrdən 3 mindən çoxunun vəziyyəti ağır olaraq qalmaqdadır ki, bu da yaxın günlərdə ölənlərin sayının artacağını deməyə əsas verir.