logo

Fransa 15 ölkə ilə sərhədlərini açdı

18:06 01-07-2020 | icon 2905
Fransa 15 ölkə ilə sərhədlərini açdı

Fransa iyulun 1-dən etibarən sərhədlərini 15 ölkənin vətəndaşları üçün açıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand də Tunis vətəndaşları bu gündən etibarən Fransaya, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrə səyahət edə bilərlər. Lakin bu ölkələrin siyahısı hər iki həftədən bir yenidən nəzərdən keçiriləcək.

ABŞ, Rusiya, Braziliya, Hindistan, İsrail kimi ölkələr bu siyahıya daxil edilməyib. Avropa İttifaqı vətəndaşlarının Çinə daxil olmalarına icazə verildiyi təqdirdə bu ölkənin də adı həmin siyahıya salınacaq. Hazırda avropalıların Çinə getmələrinə məhdudiyyətlər qoyulub.