Türkiyədə bu gündən başlayaraq məscidlər ibadətə açıq olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaş özünün sosial hesabından paylaşım edib.
O qeyd edib ki, dini qurum sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etməklə axşam və yatsı namazlarının da camaatla birgə qılınmasına qərar verib.