Bişkek rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, məhkəmə Almazbek Atambayevi kriminal “avtoritet” Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsi barədə iş üzrə təqsirkar sayıb. Sabiq prezident, həmçinin korrupsiyanın təşkilində təqsirli bilinib.
Dövlət ittihamçısı Almazbek Atambayevə əmlakı müsadirə olunmaqla 15 il həbs cəzası verilməsini istəyib.
Xatırladaq ki, kriminal “avtoritet” Əziz Batukayevin qanunsuz azad edilməsi barədə iş üzrə 19 sabiq məmur şübhəli bilinir. Onlardan 14-ü istintaqla əməkdaşlıq etməyə razılıq verib.