logo

Səudiyyə Ərəbistanı Həcc ziyarətini ləğv etdi

21:44 22-06-2020 | icon 3143
Səudiyyə Ərəbistanı Həcc ziyarətini ləğv etdi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi müsəlmanların müqəddəs Həcc ziyarəti ilə əlaqədar qərarı açıqlayıb.

 YeniAvropa xəbər verir ki, krallığın müasir tarixində ilk dəfə olaraq ziyarət çox məhdud sayda və Səudiyyə Ərəbistanında olan yerli və əcnəbi zəvvarlar tərəfindən yerinə yetiriləcək. Xarici ölkələrdən Həcc ziyarətinə gələnlər olmayacaq.

Nazirliyin bəyanatında bildirilir: “Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətinə gələn milyonlarla müsəlmana xidmət etməkdən qürur duyur, hər il onların təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir. Biz qüdrətli Allaha dua edirik ki, ölkələrimizi pandemiyadan qorusun”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 161 min nəfərin COVID-19-a yoluxması və 1300-dən çox insanın vəfat etməsi qərarın verilməsinə təsirini göstərib. Lakin çox məhdud sayda zəvvarın sayı açıqlanmayıb.