logo

Qazaxıstan Senatına seçkilərin vaxtı irəli çəkildi

10:57 12-06-2020 | icon 2184
Qazaxıstan Senatına seçkilərin vaxtı irəli çəkildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev avqustun 12-də parlamentin yuxarı palatasına - Senata seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

 YeniAvropa xəbər verir ki, sənəddə Qazaxıstan Respublikası Parlamenti Senatı deputatlarının səlahiyyətlərinin konstitusiya müddətinin 2020-ci ilin oktyabrında başa çatması ilə əlaqədar olaraq, avqustun 12-də növbəti seçkilərin keçirilməsi qərara alınıb.

Bundan əlavə, hökumətə, Nur-Sultan, Almatı və Çimkənt şəhərlərinin, eləcə də bölgə administrasiyalarının rəhbərlərinə seçkilərin təşkili, maddi-texniki və maliyyə dəstəyinin göstərilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Xatırladaq ki, Qazaxıstan parlamenti Senatdan (yuxarı palata) və Məclisdən (aşağı palata) ibarətdir. 47 yerlik Senata 7 senator ölkə prezidenti tərəfindən təyin edilir, digər 40 üzv isə ümumi seçkilər nəticəsində, hər vilayətdən iki nəfər olmaqla 6 il müddətinə seçilir 

67 yerlik Məclisin 57 üzv birmandatlı dairələrdən ümumi seçkilər yolu ilə, qalan 10 deputat isə proporsional sistem əsasında partiya siyahıları üzrə 5 il müddətinə seçilirlər.