logo

Nobel prospektində aşan “BMW”nin sürücüsü öldü

14:11 10-06-2020 | icon 4382
Nobel prospektində aşan “BMW”nin sürücüsü öldü

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhər sakini Tofiq Mütəllimov Nobel prospektində idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə xəsarət almış T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.