logo

Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

20:48 06-06-2020 | icon 2723
Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 6-də ümumilikdə 35 min 846 nəfər yoxlamadan keçirilib. Onlardan 878 nəfərdə virus aşkarlanıb.

YeniAvropa  Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 1922 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Bu gün sağalananların sayı dünənkindən 300 nəfər çoxdur.

Bu vaxtadək, 2 milyon 303 min 258 nəfər koronovirus testindən keçirilib. Onlardan 169 min 218 nəfərdə virus aşkar olunub. Hazırda 591 nəfər reanimasiyada, 264 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 669 xəstə dünyasını dəyişib, 135 min 322 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyə hökuməti virusa qarşı məhdudiyyətləri aradan qaldırmaq üçün planlaşdırılmış qaydada normallaşma prosesinə keçib. COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bu həftəsonu nəzərdə tutulan növbəti komendant saatı rejiminin tətbiqi isə ləğv olunub. İyunun 4-də Ankaranın Çubuk rayonunun Dəmirçi məhəlləsinin karantinə alınması istisna olmaqla, ölkə üzrə virusa kütləvi yoluxma halı müşahidə edilməyib.