logo

Karantin qaydalarını pozub özünə ad günü keçirdi-hamını cərimələtdi

16:17 06-06-2020 | icon 2352
Karantin qaydalarını pozub özünə ad günü keçirdi-hamını cərimələtdi

Sosial şəbəkələrdə və xəbər saytlarında “Rəqqasə Renka karantin qaydalarını pozdu” başlıqlı videogörüntüdən sonra  Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, iyunun 3-də paytaxtın Nizami rayonunda yeləşən restoranlardan birində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət ad günü mərasimi təşkil olunub. 
Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar.