logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

12:55 30-05-2020 | icon 1981
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə  13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti  üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.