logo

Moskvada Qələbə Paradı iyunun 24-də keçiriləcək

16:13 26-05-2020 | icon 413
Moskvada Qələbə Paradı iyunun 24-də keçiriləcək

Moskvada Qələbə Paradı iyunun 24-də keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə  Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə keçirdiyi videokonfransda məlumat verib.

Rusiya prezidenti həmçinin “Ölməz alay” marşını da iyulun 26-da keçirməyi təklif edib. V.Putin Moskvada və Rusiyanın digər şəhərlərində keçiriləcək Qələbə paradlarının iştirakçılarının sağlamlığı üçün hər hansı risklərin istisna edilməsi barədə tapşırıq verib.