logo

İstanbuldan iki çarter reysi ilə 215 azərbaycanlı vətənə yola salınıb

18:10 07-05-2020 | icon 693
İstanbuldan iki çarter reysi ilə 215 azərbaycanlı vətənə yola salınıb

İstanbuldan “Azərbaycan Hava Yolları”nın (AZAL) iki çarter reysi ilə 215 vətəndaşımız Azərbaycana yola salınıb.

YeniAvropa xəbər verir ki, təxliyə olunanların bəziləri Antalya, İzmir, İzmit, Ankara və Karabük şəhərlərindən İstanbula gəliblər. Çarter reyslərlə 3-ü körpə olmaqla 215 vətəndaşımız ölkəmizə yola salınıb.

Bütün sərnişinlərin Azərbaycanda karantinə yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, bu günədək 10 çarter reysi ilə 2700-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə edilib.