logo

İranda koronavirusdan ölənlərin sayı 6 min nəfəri ötüb

19:32 01-05-2020 | icon 2499
İranda koronavirusdan ölənlərin sayı 6 min nəfəri ötüb

Son 24 saat ərzində İranda 1006 nəfər virusa yoluxub, 63 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,   bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur keçirdiyi mətbuat konfransında bildirib . Onun sözlərinə görə,  ümumilikdə koronavirusa yoluxanların sayı ölkədə 95 min nəfərə, ölənlərin sayı isə 6 min 91-ə çatıb.

Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 76 min 318 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da bildirib ki, İranda koronavirusun yayılması və ölüm halları azalmaqdadır. Eyni zamanda, Tehranda və digər böyük şəhərlərdə koronavirusa qarşı mübarizə tədbirləri davam edir.