Türkiyədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə və yoluxanların müalicəsi davam edir. Aprelin 30-da ölkə üzrə 42 min 4 nəfər üzərində test aparılıb. Onlardan 2 min 615 nəfər xəstə çıxıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə son rəqəmləri səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 846 nəfər sağalıb, 93 nəfər dünyasını dəyişib. Beləliklə, ölkə üzrə sağalanların sayı 48 min 886 nəfərə çatıb. Bu göstərici xəstəliyə yoluxanların təxminən 40 faizini təşkil edir.