Qırğızıstanda koronavirusa yoluxanların sayı 48 nəfər artaraq 554-ə çatıb. Xəstələrin 134-ü tibb işçiləridir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın səhiyyə nazirinin müavini Nurbolot Usenbayev bu gün Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 133 xəstə sağalaraq evə buraxılıb.
nazir müavini bildirib ki, koronavirusa yoluxan 5 nəfər həyatını itirib, 16 nəfərin vəziyyəti ağırdır, onların 9-u reanimasiya şöbəsinə yerləşdirilib.