logo

Putin Moskvadakı Qələbə paradının vaxtını dəyişdi

18:54 16-04-2020 | icon 2471
Putin Moskvadakı Qələbə paradının vaxtını dəyişdi

Rusiya prezidenti Vladimir Putin Qələbə paradının vaxtını dəyişib.

 YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə COVID-19 pandemiyası səbəbindən Qələbə paradının 9 mayda keçirilməyəcəyini bildirib.

Prezident qeyd edib ki, xəstəliyin yayılması ilə bağlı risk ona bayram hazırlıqları görməyə imkan vermir.

Dövlət başçısının sözlərinə görə, Qələbə paradı və "Ölümsüz polkun" yürüşü də daxil olmaqla, bütün təntənəli tədbirlər 2020-ci ildə daha sonra keçiriləcək.