logo

Bakıda tələbə qız faciəvi şəkildə öldü

22:11 15-04-2020 | icon 3640
Bakıda tələbə qız faciəvi şəkildə öldü

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

 YeniAvropa xəbər verir ki, hadisə bu gün səhər saatlarında Lökbatan qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. 
 
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb. 
 
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.