logo

Gürcüstan fövqəladə vəziyyət rejiminin müddətini uzadır

20:15 14-04-2020 | icon 2282
Gürcüstan fövqəladə vəziyyət rejiminin müddətini uzadır

Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-dək uzatmaq lazımdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə prezidenti bununla əlaqədar yaxın günlərdə parlamentə müraciət etməlidir.

“Fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar tez qəbul olunmalıdır. Biz bu yolla koronavirusun yayılma coğrafiyasının və sürətinin azalmasına nail ola bilərik”,-deyə baş nazir vurğulayıb.