Ermənistanda koronovirusun yayılmasının qarşısının alınması məqsədilə fövqəladə vəziyyət rejiminin müddəti daha 30 gün uzadılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 13-də keçirilən növbədənkənar iclasında qəbul olunub.
Bildirilib ki, rejim aprelin 14-də saat 17:00-dan mayın 14-ü saat 17:00-dək uzadılır.
Qeyd edək ki, hazırda Ermənistanda 1039 koronavirus xəstəsi var. Ölkədə 14 nəfər COVID-19-dan ölüb.
Ermənistan parlamenti aprelin 14-də keçiriləcək iclasında hökumətin qərarını müzakirə edəcək və müvafiq qərar qəbul olunacaq.