Koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində aprelin 11-i saat 00:00-dan 13-ü saat 24.00-dək Türkiyənin 31 şəhərində komendant saatı elan edilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, iki gün davam edəcək qadağa ölkənin Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərinə də şamil olunur.