logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü

20:48 09-04-2020 | icon 2646
Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü

Türkiyədə bu gün daha 96 nəfər pandemiyanın qurbanı olub.

YeniAvropa xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.

"Bu gün 28 578 test keçirilib, 4 056 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 42 282 nəfərdir. Bu gün daha 296 pasiyent sağaldı, ümumi say 2 142 nəfərdir", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 554 000-i ötüb. Bunların 345 133 nəfəri sağalıb, 91 817 nəfəri isə ölüb.