logo

Ermənistanda koronavirusa yoluxanların sayı 850-i ötüb

13:29 07-04-2020 | icon 2562
Ermənistanda koronavirusa yoluxanların sayı 850-i ötüb

Ermənistanda son sutka ərzində daha 20 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 853 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəz məlumat yayıb.

Bildirilir ki, ölkədəki xəstələrin 8-nin vəziyyəti son dərəcə ağır, 35 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd olunur ki, Ermənistanda 8 nəfər koronavirusdan ölüb.