Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Consonun vəziyyəti ağırlaşıb və o, reanimasiyaya yerləşdirilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir k, bu barədə ölkənin rəsmi mənbələri məlumat yayıb.
Qeyd edək ki, martın 27-də müayinədən keçən baş nazirin testinin cavabı pozitiv çıxmışdı. Hazırda onunun səlahiyyətlərini Böyük Britaniyanın xarici işlər naziri Dominic Raab icra edir.