logo

Çində 5,6 bal gücündə zəlzələ olub

17:11 01-04-2020 | icon 2933
Çində 5,6 bal gücündə zəlzələ olub

Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,6 bal gücündə zəlzələ olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə  Çin Seysmologiya Mərkəzinin məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Qanci Tibet muxtar prefekturasının Şiçu rayonunda yerli vaxtla saat 20:23-də (Bakı vaxtı ilə 16:23) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.