logo

Sabahdan Gürcüstanda komendant saatı tətbiq ediləcək

20:19 30-03-2020 | icon 2877
Sabahdan Gürcüstanda komendant saatı tətbiq ediləcək

Martın 31-dən başlayaraq Gürcüstanda komendant saatı tətbiq olunacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria martın 30-da keçirdiyi brifinqdə məlumat verib.

Baş nazir deyib ki, martın 31-də saat 21:00-dan saat 06:00-dək ölkə ərazisində piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

Xatırladaq ki, Gürcüstanda hazırda fövqəladə vəziyyət rejimidir və bu qərar aprelin 21-dək qüvvədədir.