Xüsusi karantin rejimində polis postlarından bunlar sərbəst keçəcəklər
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Qaydaya əsasən polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:
- operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, “Azərpoçt” MMC-yə məxsus avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;
- yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;
- təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlarla gedən ailə üzvləri (2 nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri – təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;
- respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər – polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;
- yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;
- xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;
- xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;
- öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.
Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.
Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.
Eyni vaxtda polis postundan 5-dən artıq işçisi keçən müəssisə və təşkilat onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.
Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.
Vətəndaşlardan müvafiq qaydalara əməl etmələri xahiş olunur.
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq